<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sənin əlindədir ürəyim mənim İL257</title>
<lyrics>[V1]
 Sənin əlindədir ürəyim mənim,
 Təmizləyən də Sən, yuyan da Sənsən.
 Ürəyim necədir, onu görən yox,
 Qəlbləri görən də, duyan da Sənsən.

[C1]
   Kədərli anımda könlümü aldın,
   Çətinə düşəndə qayğıma qaldın.
   Sənə iman etdim, təsəlli tapdım,
   Dünya kədərindən ayırdın məni,
   Yenidən həyata qaytardın məni.

[V2]
 Sənin əlindədir həyatım mənim
 Həyatı yaradan, bəxş edən Sənsən.
 Lütf etdin, dünyadan Sən seçdin məni
 Əbədi həyatı verən də Sənsən.</lyrics>
<hymn_number>257</hymn_number>
</song>